İspaniya millisinin üzvü Yamin Lamal diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, Avro-2024-ün yarımfinal mərhələsinin Fransa ilə oyunundan sonra (2:1) etdiyi hərəkətlə gündəmə gəlib. Final fitindən dərhal sonra 16 yaşlı futbolçu kameraya yaxınlaşaraq “İndi danış, indi danış” deyib.
Bununla Yamal oyundan öncə onun haqqında fikir bildirən Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyoya sataşıb. Gənc futbolçu "Laminin İspaniya millisindəki rolu həddən artıq şişirdilib", - deyən Rabyoya belə formada cavab verib.
Qeyd edək ki, Yamal sözügedən görüşün əsas qəhrəmanlarından biri olub. 16 yaşlı ispaniyalı vinger baxımlı qola imza atıb.
Heybət
"Speak now, speak now!"
— Football España (@footballespana_) July 9, 2024
Lamine Yamal sends a clear message to Adrien Rabiot, after helping Spain to victory over France at #EURO2024.pic.twitter.com/aTiNNdNPzQ