Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edərkən artıq heç kimdən icazə almır və ya başqalarının fikri ilə maraqlanmır.
QÜTB.AZ xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
O qeyd edib ki, Türkiyə dünyada ən böyük dron istehsalçısıdır.
“Əvvəllər bizi silahla təmin edənlər atdığımız güllələrin sayını hesablayır və mütəmadi olaraq hesabat tələb edirdilər. Terrorla mübarizəmizdə həmişə maneələrlə üzləşmişik. İndi biz öz silahlarımızla bütün problemlərin öhdəsindən gəlirik. Biz milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən artıq heç kimdən icazə almırıq və başqalarının fikri ilə maraqlanmırıq”, - deyə Ərdoğan vurğulayıb.
Onun fikrincə, Türkiyə çəkindirici güc əldə etmək üçün müxtəlif sahələrdə fəaliyyətini dayandırmayacaq, bu da dostlara güvən, düşmənlərə qorxu aşılayacaq.
Adəm Abbaslı