Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın sabiq prezidenti Donald Trampla üz-üzə görüşməsinə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri, "qırğı" ləqəbli Con Boltonun mane olduğunu iddia edib.
Publika.az xəbər verir ki, Venesuela televiziyasına danışan Maduro 2018-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasından əvvəl Trampla görüşün təşkil edildiyini ifadə edib:
“Bolton mənim Trampla üz-üzə görüşməyimə mane oldu, iki liderin görüşməsinə mane olmaq üçün əlindən gələni etdi”.
O, Trampla mümkün görüşü ləğv edildikdən sonra Venesuelaya qarşı təcavüzün artdığını qeyd edib:
“Donald Trampla görüşəcəydik, ikimiz də bir-birimizi görməyə çox həvəsli idik. Lazımi koordinasiyalar edilmişdi, lakin sonradan məlumat aldıq ki, görüş təxirə salındı”.
Prezident Maduro müxalifət liderlərinə reaksiya verərək qeyd edib ki, Leopoldo Lopez, Antonio Ledezma və Xulio Borxes ucbatından Venesuelanın milyardlarla dolları qəsb edilib.
Roza Şəfiyeva