“Washington Post” (WP) qəzeti Cənubi Afrika əsilli milyarder İlon Maskın ABŞ-da qeyri-qanuni işləməyə başladığını iddia edib.
QÜTB.AZ xəbər verir ki, qəzetdə Maskın 1995-ci ildə “Stenford” Universitetində təhsil almaq üçün Kaliforniyaya gəldiyi və heç vaxt dərslərə qatılmadığı, əksinə öz təşəbbüsləri üzərində işlədiyi qeyd edilib. Qısa müddətdən sonra isə Maskın universitet qeydiyyatını sildiyi bildirilib.
Amerikalı hüquqşünas Adam Koen də nəşrə bildirib ki, Mask tələbə kimi ABŞ-da iş icazəsi ala bilər, lakin bunun üçün qeydiyyatda olduğu universitetdə təhsil proqramında iştirak etməlidir. Əks halda Mask qanunları pozmuş hesab olunur.
Xəbərə əsasən, Maskın "Tesla" şirkətinin həmtəsisçiləri Martin Eberhard və Cefrey Brian Strabelə göndərdiyi 2005-ci il tarixli elektron məktubda "Zip2" şirkətini qurarkən ABŞ-da yaşamaq icazəsinin olmadığını etiraf etdiyi ortaya çıxıb.
"WP"-nin əldə etdiyi sənədlərdə iddia edilir ki, "Zip2" rəhbərləri 21 fevral 1996-cı ildə immiqrasiya üzrə hüquqşünas Jokelin Lyu ilə görüşərək Mask qardaşları üçün mümkün viza yollarını müzakirə ediblər. Qeyd edilib ki, Lyu Mask qardaşlarına şirkətdəki liderlik rollarını azaltmağı və onların CV-lərində həmin vaxt ABŞ-da yaşayıb işlədiklərini göstərə biləcək ünvanları silməyi tövsiyə edib.
İlon Mask və onun vəkili Aleks Spiro məsələ ilə bağlı şərh verməyib.
Roza