11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Hansı ölkəni hansı bürc idarə edir?

05 iyn 2024 07:00
GÜNDƏM
ads

Bürclər insan həyatında əhəmiyyətli rola malikdir. Bir çox xüsusiyyətlər kimi, liderlik xüsusiyyəti də bürclər arasında fərqlilik göstərir. Bəs, dünya liderləri hansı bürclər altında doğulublar?

Publika.az Metbuat.az-a istinadən dünya liderlərinin bürcləri haqqında məlumatı təqdim edir:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə doğulub, Balıqlar bürcüdür. Bu bürc altında doğulan insanlar hər kəslə asan ünsiyyət qura bilmirlər və emosional olurlar. Ədəbiyyat və şeirə maraqları olur.

ABŞ prezidenti Co Bayden Əqrəb bürcüdür. O, 1942-ci ilin 20 noyabrnda doğulub. Bu bürcdən olan insanlar liderlik və idarəetmədən daha çox insanları manipulyasiya etməyə üstünlük verirlər.

21 dekabr 1977-ci ildə doğulan Fransa prezidenti Emmanuel Makron Oxatan bürcüdür. Bu bürc altında doğulan kişilər eşq həyatında uğurlu və maraqlı insanlar olurlar.

Kanada baş naziri Ceyms Trudeau isə Oğlaq bürcündəndir. O, 25 dekabr 1971-ci ildə dünyaya gəlib. Oğlaqlar son dərəcə inadcıl və qərarlı olurlar. Qərar verərkən sərt və eqoist davranırlar.

7 oktyabr 1952-ci ildə doğulan Rusiya lideri Vladimir Putin Tərəzi bürcüdür. Son dərəcə sakit və ünsiyyətə girilməsi asan olar Tərəzilər sənətə və idmana düşkün olurlar. Digər insanlarla mülayim münasibətə üstünlük verirlər.

İsrail baş naziri Benjamin Netanyahu isə 21 dekabr 1949-cu ildə doğulub, Tərəzi bürcüdür. Tərəzi bürcü altında doğulan insanların gizli bir mükəmməliyətçi ruhu vardır. Qarşılaşdığı hər situasiyanın müsbət və mənfi yönlərini detalları ilə incələyib, günlərlə düşünə bilərlər.

Şimali Koreya lideri Kim Çen İn Oğlaq bürcüdür. O, 8 yanvar 1983-cü ildə doğulub. Oğlaq bürcləri son dərəcə hissiz ola bilirlər. Ətrafındakıları idarə etməyi sevir və onların həyatlarına müdaxilə edirlər.

Çin lideri Xi Jinping 15 iyun 1953-cü ildə doğulub, Əkizlər bürcüdür. Bu bürcdən olan insanlar qərar verərkən bütün riskləri nəzərdən keçirməyi və planlı addımlar atmağı sevirlər.

Eyni zamanda, keçmiş Almaniya kansleri Angela Merkel Xərçəng, keçmiş ABŞ prezidenti Donald Tramp Əkizlər, Britaniya kraliçası Elizabet Buğa, Finlandiyanın sabiq baş naziri Sanna Marin Əqrəb, sabiq ABŞ prezidenti Barak Obama Şir, Corc Buş Xərçəng, keçmiş İtaliya baş naziri Silvio Berluskoni Tərəzi bürcündəndir.

Ötən əsrin tanınmış siyasi liderlərindən Adolf Hitler Qoç, Jozef Stalin Oxatan, Vladimir Lenin Buğa, Muammer Qəddafi Əkizlər, Səddam Hüseyn Buğa, Nelson Mandela Xərçəng bürcü altında doğulmuşdur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur