"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, "Ferrari"nin avtomobillərinin qarşısında çəhrayı geyimlə çəkilən şəkillərini "İnstaqram" hesabında paylaşıb.
37 yaşlı sarışının fotoları 17,2 milyon izləyicisi tərəfindən minlərlə bəyənmə toplayıb. Eyni zamanda şərhlərdə onu açıq geyiminə görə tənqid atəşinə tutanlar da olub.
Qeyd edək ki, Vanda ilə "Qalatasaray"ın ulduzu İkardi 11 təlatümlü evlilik yaşayır. Cütlük tez-tez birilərindən küsüb-barışmaqla yanaşı, xəyanət və qalmaqallı xəbərlərlə gündəmə gəlirlər.