Sızanaq deyib keçməyin! Xərçəngə səbəb olur
Bədənin müxtəlif nahiyələrində müxtəlif növlərdə görünən sızanaqlar bəzən olduqca bezdirici ola bilər. Bu sızanaqların bəziləri olduqca zərərli olsa da, bəziləri də bir o qədər günahsızdır. Dermatoloq Dr. Fatima Fahs Instagram hesabında paylaşımı ilə izləyicilərini xərçəngə çevrilən sızanaqlar barədə xəbərdar edib.
Dermatoloq və dəriyə qulluq mütəxəssisi Dr. Fatimə Fəhs izahatına "Xəstələr ofisə gəlib deyirlər ki, aylardır getməyən sızanaqlar var, bu normal deyil" deyə başlayıb. Onun sözlərinə görə, aylarla keçməyən sızanaqlar dəri xərçənginin ən çox yayılmış növlərindən biridir.
Fahs: "Bazal hüceyrəli karsinomada tez-tez parlaq qırmızı qan damarları olur və parlaq görünə bilər. Dərinizdə sağalmayan çəhrayı və ya qırmızı qabar varsa, mütləq onu yoxlayın."
Mütəxəssislər dəri xərçəngi üçün ildə bir dəfə və ya daha çox risk altındasınızsa, daha tez-tez müayinə olunmağı tövsiyə edir. Bu növ xərçəngin günəşin dərinizə dəydiyi yerlərdə (boyun, qollar, üz və baş) meydana gəlməsi adi haldır, lakin bu, bədəninizin digər hissələrinin xəstəliyə tutulmayacağı demək deyil.
Mütəxəssislərin çoxu, getməyən sızanaqların həkimə görünməsi və sızanaqlarla oynamaması barədə xəbərdarlıq edir.
Aynur Babayeva