02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Böyük Britaniya açıqladı: Bu şərt yerinə yetirilsə, Fələstin dövlətini dərhal tanıyacaq

02 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Böyük Britaniyanın xarici işlər naziri David Kemeron bəyan edib ki, ölkəsi Qəzzada atəşkəs əldə edildikdən və HƏMAS-ın bölgədəki mövcudluğunun sona çatmasından sonra iki dövlətli həllin əldə olunmasını gözləmədən Fələstin dövlətini tanıya bilər.

Publika.az xəbər verir ki, Kemeron Livana diplomatik səfəri zamanı “Associated Press” agentliyi ilə Fələstin məsələsini müzakirə edib.

O İngiltərənin Fələstin dövlətini tanıması üçün iki dövlətli həllin yekunlaşmasını gözləməyə ehtiyac olmadığını deyib:

“Proses həllə doğru irəlilədikcə (Fələstini tanımağı) düşünə bilərik. Fələstin xalqının gələcəkdə öz dövlətinə sahib olmasının uzunmüddətli perspektivdə regionun sülh və təhlükəsizliyi üçün vacibdir. Bu baxımdan ilk addım döyüş əməliyyatlarında fasilədir. Bu fasilə də sonda atəşkəslə bitməlidir”.

Böyük Britaniya, ABŞ və digər Qərb ölkələrinin İsrail-Fələstin probleminin iki dövlətli həllinə artan dəstəyi İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən sərt etirazlarla qarşılanıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur