Moskva iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitini diqqətlə izləyəcək.
Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə bildirib.
“Mümkün qədər yaxından izləyəcəyik. Bilirsiniz ki, Şimali Atlantika Alyansı Rusiya Federasiyasını düşmən hesab edən bir ittifaqdır”, - deyə o qeyd edib.
Peskov xatırladıb ki, NATO Rusiya ilə bağlı məqsədini dəfələrlə bəyan edib və Ukrayna münaqişəsində də Kiyevin tərəfində iştirak edir.
Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, bu səbəbdən Moskva ritorika və qəbul ediləcək qərarları diqqətlə izləyəcək.
Cəmilə