“Əl-Hilal”ın hücumçusu Neymar üçüncü övladının dünyaya gəldiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Neymarın qızı Helena iyulun 3-də doğulub.
Neymarın hər üç övladı fərqli qadınlardandır: 2011-ci ildə Karolina Dantos oğlu Davi Lukanı dünyaya gətirib. Keçən ilin oktyabrında isə anası Bruna Byankardi olan Meyvi dünyaya gəlib. Braziliyalı qızının doğulmasından bir ay sonra ondan ayrılıb.
Neymarın ikinci qızının anası 32 yaşlı forvardın keçən il qısa münasibətdə olduğu 30 yaşlı model Amanda Kimberlidir.
“Barselona”nın və PSJ-nin keçmiş futbolçusu Səudiyyə Ərəbistanında çıxış edir. Neymar zədə səbəbindən ötən mövsüm cəmi 5 matçda iştirak edib.