Amerikalı iqtisadçı Ceffri Saks bildirib ki, Rusiya ilə müharibənin ilk həftələrində Ukrayna prezidenti Vladimir Zelenski bir sıra səhvlərə yol verib.
Publika.az xəbər verir ki, Saks bu barədə “Judging Freedom” YouTube kanalına müsahibəsində danışıb.
Saks 2022-ci ildə Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsini onun ölümcül səhvi adlandırıb. Ekspert xatırladıb ki, Birləşmiş Ştatlar o vaxt öz səriştəsizliyinə görə vəziyyətə müdaxilə edib.
“Britaniyalılar da müdaxilə etdi və ukraynalılara dedilər: “Mübarizə aparın”, - o vurğulayıb.
İqtisadçı qeyd edib ki, bu yolla Zelenski yüz minlərlə ukraynalı üçün “ölümcül səhvə” yol verib.
Bundan əvvəl Saks Ukraynaya yardım göstərməyi axmaqlıq adlandırmışdı. Onun fikrincə, ABŞ hökuməti yalnız müttəfiqlərinə silah satmalıdır.
Tural