Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.
27 yaşlı Pərvanə Yolçuyeva və onun anası 57 yaşlı Siyatel Əliyeva bıçaqlanıb.
Yaralılar xəstəxanaya aparılıb.
Məlumata görə, hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az