Qərb Universiteti Tam Orta Məktəbinin 11-ci sinfi bitirmiş bəzi şagirdlərə attestat verməməsi barədə iddialar yayılıb.
Qutb.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, şagirdlərə 2 il ərzində ödəniş etmədikləri üçün bu addımın atıldığı deyilib. Amma valideynlər ödənişin nağd qaydada məktəbin rəsmi şəxsinə verildiyini qeyd ediblər: “Necə ola bilər ki, özəl məktəbdə şagird ödəniş etmədən 2 il təhsil alsın, qidalansın?!”
Məsələ ilə bağlı məktəbdən bildirilib ki, qeyd edilən şagirdin - Adilzadə Emil Eldar oğlunun təhsilhaqqı ödənilmədiyi üçün artıq məktəb tərəfindən məhkəməyə müraciət olunub və yaxın günlərdə işə məhkəmədə baxılacaq.
"Eyni zamanda bildiririk ki, qanunvericiliyə uyğun olaraq təhsilhaqqı ancaq nağdsız qaydada qəbul olunur və qeyd olunan şagirdin valideynləri bu haqda məlumatlıdırlar. Belə ki, əvvəlki illərin təhsil haqları həmin şagirdin valideyinləri tərəfindən məktəbin bank hesabına ödənilib”.
Qeyd edək ki, sözügedən məktəb Qərb Universitetinin nəzdində fəaliyyət göstərir.