İlk dəfə Bakıdan Qazaxa sürətli qatar yola düşüb. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin dəvətilə media nümayəndələri də bu tarixi anların şahidi olublar.
Səhər 8-dən Bakı Dəmiryolu Vağzalından yola düşdük. Pandemiyadan öncə bu yollar Qazaxa 8 saatdan çox müddətə aparırdı.
Bu dəfə daha sürətli qatarlar, daha tez zaman...
Cəmi 5 saat yarıma Qazaxda - Azərbaycanın ən ucqarındasan.
13:36-da artıq alqış sədaları altında Qazaxa elinə çatmış olduq.
Yol boyu nələr oldu? Gedib-gələrkən nələrlə qarşılaşdıq?
Qutb.az-ın əməkdaşları Bakı-Qazax-Bakı reysindən reportaj-vloq hazırlayıb: