Fələstinin "HƏMAS" hərəkatının Qəzza zolağında saxlanılan israilli girovların siyahısını Misir tərəfinə təhvil verdiyi iddia edilir.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Al Arabiya" televiziya kanalı xəbər verib.
Onun mənbələrinə əsasən, vasitəçilər hazırda Qəzzada atəşkəs sazişi bağlamaq üçün aktiv məsləhətləşmələr aparır və guya İsrailə qoşunlarını Filadelfiya dəhlizindən (Misir və Qəzza sərhəddindəki ərazinin bir hissəsi) çıxarması üçün təzyiq göstərirlər. Bildirilib ki, Misirlə sərhəddəki "Rəfah" keçid məntəqəsinə nəzarət Fələstin Milli Administrasiyasına getməli olacaq.