Hörmət etdiyin insandan bir dəfə zərbə alırsan və bir dəfə bunu udursan. Özün də düşünürsən ki, insandır bəlkə də çaşıb. İkinci, üçüncü dəfə də onu necə dağın başına qaldırmışdımsa, elə də təpəsi üstə yerə atıram.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova ötən gün qonaq olduğu "Söhbət var" proqramında deyib. Sosial mediada ünvanına yazılan xoşagəlməz rəylərdən danışan ulduz işini sevdiyini və xoşbəxt olduğunu vurğulayıb:
"Tənbəl deyiləm, çalışqan insanam, işləməkdən zövq alıram. Bütün günü mənə sosial şəbəkədə neqativ şərhlər yazanların, sözün əsl mənasında işləri-gücləri yoxdur. Səhifəmdə onların mənə yazdıqlarını görüb düşünürəm ki, bunlar nə yeyib, nə içirlər? Onların beyni nə ilə qidalanır? İstəyirəm deyim ki, rahat olun, mən çox rahat və xoşbəxtəm".