Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə kilsəni tənqid edib.
Qutb.az xəbər verir ki, Paşinyan bununla bağlı sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bütün ermənilərin katalikosu II Qaregin, eləcə də digər aparıcı keşişlər - Vazgen Qalstanyan, Gevorq Ajapahyan və bəzi başqaları əslində dinə xidmət etməyiblər.
Paşinyanın sözlərinə görə, Erməni Apostol Kilsəsi anti-Məsih, antimilli, anti-dövlət qruplaşması tərəfindən işğal edilib və ona görə də azad edilməlidir.
“Mən kilsənin azad edilməsinə rəhbərlik edəcəm”, - Paşinyan vurğulayıb.