Ukraynanın hava hücumundan müdafiə sistemləri X22/32 raketləri ilə təchiz edilmiş Rusiyanın Tu-22M3 bombardmançılarına çata bilmir.
Publika.az xəbər verir ki, bu barədə "Forbes"in hərbi köşə yazarı Devid Ax bildirib.
ABŞ- dan olan ekspert qeyd edib ki, Ukraynanın bir zenit-raket kompleksi var ki, Rusiyanın raketdaşıyıcılarını vura bilər. O, sovet S-200 kompleksini nəzərdə tutduğuna aydınlıq gətirib. Lakin o, həmişə Rusiyanın Tu-22M3-nə çata bilmir.
“Ukraynalı hava hücumundan müdafiə komandirləri üçün problem bütün Rusiya bombardmançılarının uçuş məsafəsi 200 mildən (321 kilometr) çox ola bilən qanadlı raketləri buraxmasıdır Standart Tu-22M3 Kh-22/32 zərbə raketi 500 mildən çox uçuş məsafəsinə malikdir”, -deyə ekspert izah edib.
Qeyd edək ki, dekabrın 29-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib ki, Ukrayna hərbi münaqişə başlayandan bəri bir dənə də olsun Rusiyaya məxsus X-22 raketini vurmayıb.
Cəmilə