Türkiyənin quru meyvə və məhsullar sənayesi 2023-cü ildə 1 milyard 610 milyon 304 min dollarlıq ixracat əldə edib.
Publika.az xəbər verir ki, Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) hesabatlarından əldə olunan məlumata görə, quru meyvə və məhsullar sektoru keçən il 158 ölkə və sərbəst zonaya 483 min 217 ton məhsul göndərib.
Sektor bu ixracın müqabilində 1 milyard 610 milyon 304 min gəlir əldə edib. Sektor ən çox gəliri 465 milyon 257 min dollarla toxumsuz kişmişdən, 405 milyon 486 min dollarla ərik qurusundan, 271 milyon 141 min dollarla isə əncir qurusundan əldə edib.
Ən yüksək satış isə 221 milyon 70 min dollarla Almaniyaya edilib.
Birliklər əsasında ən yüksək ixracı 959 milyon 699 min dollarla Ege İxracatçı Birlikləri və 299 milyon 955 min dollarla GAİB üzvü şirkətlər edib.
Aysel Şahmar