İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.
Publika.az xəbər verir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər.
Etirazlar şirkət rəhbərliyində işçilərin ünvanına yazılan irqçi şərhlərdən ibarət daxili yazışmalar barədə məlumatların sızmasından sonra daha da güclənib.
“Biz az sayda əməkdaşlarımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu, başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, - deyə şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton bildirib.