"Jalilov" metrolarda necə çəkiliş aparıb?
Azərbaycanda qiymətləndirmə sektoru davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Peşəkar fəaliyyətin keyfiyyətində nəzərəçarpacaq artım müşahidə olunur, qiymətləndirmə şirkətləri isə öz məsuliyyətlərini daha dərindən dərk edərək şəffaflığa və obyektivliyə xüsusi önəm verməyə başlayıblar.
Şirkətlər peşəkar nüfuzun əhəmiyyətini dərk edir və əməkdaşlarının ixtisas səviyyəsinin artırılması istiqamətində fəal addımlar atırlar. Bu proses Qiymətləndirmə Palatasının üzvləri və qiymətləndirmə şirkətləri üzərində aparılan mütəmadi monitorinqlə müşayiət olunur. Bu nəzarət mexanizmi dürüstlük, şəffaflıq və beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə yönəlib.
Peşəkar tərəqqi ilə yanaşı, sektorda sosial və mədəni həyat da fəallaşmaqdadır. Komanda ruhunun gücləndirilməsi, həmkarlararası əlaqələrin möhkəmləndirilməsi və sağlam iş mühitinin formalaşdırılması məqsədilə sərgi xarakterli futbol oyunları və timbildinq tədbirləri təşkil olunur.
Formatlı Təlimlər və Peşəkar Müzakirələr
Qiymətləndirmə Palatasında debat formatında təlim-tədris prosesi uğurla təşkil olunur. Bu yanaşma klassik təlim formatından fərqli olaraq, qiymətləndiricilər arasında daha canlı, interaktiv və açıq müzakirələrə şərait yaradır.
Tədris prosesində Palatanın üzvləri yalnız nəzəri biliklərlə kifayətlənmirlər – onlar real praktik problemlərini açıq şəkildə paylaşır, çətinlikləri müzakirə edir və birgə həll yolları axtarırlar. Belə səmimi və müzakirə yönümlü yanaşma sektorda şəffaflığın artmasına, həmçinin peşəkar həmrəyliyin güclənməsinə səbəb olur.
Debat formatlı təlimlər, həmçinin qiymətləndirmə sahəsindəki standartların daha dərindən mənimsənilməsi və beynəlxalq təcrübənin tətbiqinə zəmin yaradır. Bu, qiymətləndiricilərin təkcə bilik səviyyəsini deyil, həm də etik davranış və məsuliyyətlilik baxımından formalaşmasını təmin edir.
Qiymətləndirmə sektorunda yüksələn keyfiyyət standartları ilə yanaşı, sosial məsuliyyət və peşəkar həmrəylik mədəniyyəti formalaşır. Bu yanaşma yeni nəsil qiymətləndirmə mühitinin — açıq, etibarlı və inkişaf yönümlü bir mühitin təməlini qoyur. Bu təşəbbüslərin başlıca təşəbbüskarı Qiymətləndirmə Palatasının İntizam Komitəsinin sədri cənab Nahid Həsənovdur.
O, həm peşəkar inkişafın, həm də kollektiv birliyin vacibliyini xüsusilə vurğulayır.