Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ilin sonuna 11 milyard 343,1 milyon dollar təşkil edəcək. Qiymətləndirmə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarında göstərilib. 2025-ci ildə AMB-nin ehtiyatları 3,5% artacaq.
İqtisadçı Akif Nəsirli Qutb.az-a bildirib ki, yaxın gələcəkdə bank gəlirlərinin artımı manata müsbət təsirini göstərəcək:
“Milli valyutanın dəyəri artmayacaq. Lakin stabilliyə tam zəmanət vermək olar. Manatın sabitliyi bazara müsbət neytral təkandır.
2015-ci ildə Azərbaycan Milli Bankında dollar hesabı tamamilə ərimişdi. Bank tələbi qarşılaya bilmədi. Bu, manatın devalivasiyası ilə nəticələndi.
İndiki şəraitdə bu hal gözlənilmir. Azərbaycan hökumətinin tutduğu sabit valyuta kursunun davam etdirilməsi üçün imkanlar genişlənir”.
İqtisadçı qeyd edib ki, Azərbaycan Mərkəzi Bankında formalaşan aktivlər əvvəlki dövrlərdə olduğu kimi neft gəlirlərinin hesabına formalaşmaqdadır. Neft-qaz sektorundan gəlirlərin bir qismi neft fondunda saxlanılır. Bu, digər hissəni əks etdirən məbləğdir.
Cavid Zahidoğlu