Qızılın birja qiyməti martın 6-da əvvəlki rekordu qırıb. Comex-də aprel fyuçerslərinin qiyməti ilk dəfə bir troy unsiyası üçün 2153 dolları keçib.
Publika.az xəbər verir ki, treyderlərin qızıla marağı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FRS) baza dərəcəsini aşağı salmaq üçün hərəkətə keçə biləcəyi ilə bağlı fərziyyələr səbəbindən yaranıb.
ABŞ Federal Ehtiyat Sistemi martın 20-də baza məzənnəsi üzrə iclasının nəticələrini açıqlayıb. Nəticədə tənzimləyici onu ardıcıl beşinci dəfə 5,25-5,5% aralığında saxlamaq qərarına gəlib. Federal Açıq Bazar Komitəsinin üzvlərinin təxminən yarısı ilin sonuna kimi 4,5-4,75% uçot dərəcəsi gözlədiklərini qeyd edib.
Cəmilə