Məşhur astroloq Dinçer Güner Günəşin Şir bürcünə keçdiyini diqqətə çatdırıb.
Publika.az xəbər verir ki, bu gündən etibarən Günəş artıq Şir bürcünə keçəcək.
Astroloqun sözlərinə görə, bu bürc üçün yayın ən xoş günləri başlayır:
“Əylənmək, səyahət etmək, sevmək, uşaqlarla vaxt keçirmək, hobbilərə diqqət yetirmək, bir sözlə, həyatdan həzz almaq üçün ən yaxşı vaxtdır. Şir sevgi, ehtiras, sədaqət və romantikanı təmsil edir. Bu dövrdə toylar, nişanlar çoxalır. Dəvətlərin, təşkilatların, konsertlərin biri bitir, digəri başlayır. Şir bürcü böyük təşkilatçılıq qabiliyyətinə malik bir bürcdür, çünki insanları əyləndirməyi bilir.
Yeni restoranlar, barlar və gecə klubları açıla bilər və ya siz belə məkanlara daha çox getməyə başlaya bilərsiniz. Biz özümüzü daha cəsarətli, daha yaradıcı və daha inamlı hiss edirik. Bu dövr istedadlarımızı nümayiş etdirmək, səhnəyə çıxmaq və diqqəti cəlb etmək üçün mükəmməl vaxtdır. Özünüzü göstərməkdən çəkinməyin, çünki bu dövr parıldadığınız bir dövr olacaq. Yeni sevgi qapınızı döyə bilər və ya indiki münasibətinizdə bir addım ata bilərsiniz”.
Aysel Şahmar