Livanda peycerlərin partladıldığı hücumlarda yaralanan İran səfiri Müctəba Emani bildirib ki, partladılmış peycerlər daha çox Livandakı xəstəxana və uşaq bağçalarında istifadə olunub.
QÜTB.AZ xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Livanda peycer və radioların partlaması nəticəsində ölkəyə gətirilən yaralılara baş çəkib.
İranın rəsmi xəbər agentliyi “İRNA”nın məlumatına görə, Pezeşkian ötən gün ölkəyə gətirilərək müalicə olunan yaralıları paytaxt Tehrandakı Farabi Göz Xəstəxanasında ziyarət edib. Onların müalicə prosesləri haqqında məlumat alıb. Pezeşkianı Livanın Tehrandakı səfiri də müşayiət edib.
Aysel Şahmar