Novruz bayramının daha bir əlamətdar günündə-Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ƏSSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinlərini ziyarət edib.
Publika.az xəbər verir ki, nazirlik nümayəndələri Novruzun əziz günündə ahıllarımızı təbrik edib, onlara hüzurlu xoş günlər arzulayıb.
Daha sonra müəssisənin həyətində nazirliklərin əməkdaşlarının, könüllülərin və ahıl vətəndaşlarımızın iştirakı ilə ağacəkmə tədbiri keçirilib, əraziyə müxtəlif növ ağaclar əkilib.