Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz dərəcələrini azaldıb.
Qutb.az xəbər verir ki, yeni qərara əsasən, bank depozit faizi 2,25 faizdən 2 faizə, əsas yenidən maliyyələşdirmə dərəcəsi 2,40 faizdən 2,15 faizə, marjinal maliyyələşdirmə dərəcəsi isə 2,65 faizdən 2,40 faizə endirilib.
Bu AMB-nin son dövrlərdə inflyasiya və iqtisadi artım balansını qorumaq üçün atdığı növbəti addımdır. Məlumatda bildirilir ki, əksər inflyasiya göstəriciləri 2 faizlik hədəf səviyyəsinə yaxınlaşmanı təsdiqləyir.
Bank rəsmiləri e qeyd edib ki, növbəti faiz qərarları iqtisadi göstəricilər əsasında, iclasdan iclasa formatında veriləcək.
Faizlərin endirilməsi ilk növbədə kreditlərin ucuzlaşmasına gətirib çıxarır. Bu həm sahibkarlar, həm də vətəndaşlar üçün borc almağı daha əlçatan edir. Nəticədə investisiyalar və istehlak artır, bu isə iqtisadi artımın sürətlənməsinə təkan verir. Xüsusilə, iqtisadi aktivliyin zəiflədiyi dövrlərdə bu cür yumşaldıcı monetar siyasət əhəmiyyətli rol oynayır.