07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

06 iyn 2025 19:00
GÜNDƏM
ads

Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri aparılacaq.

 

Qutb.az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətində bir neçə ay öncə müvafiq tədbirlərə start verilsə də, prosesin icrasına hələ də başlanılmayıb.

 

Belə ki, qurum hələ tikinti işlərini aparacaq şirkəti müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenidən müvafiq tender elan edilib.

 

Dövlət xidməti görüləcək işlərin 18 522 080 manata başa gələcəyini proqnozlaşdırıb.

 

Qeyd edək ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur