Avropada qazın birja qiymətləri çərşənbə yanvarın 9-da keçirilən ticarətdən sonra 1,8 faiz ucuzlaşaraq min kubmetr üçün 351 dollar təşkil edib.
Publika.az xəbər verir ki, bunu London ICE birjasının məlumatları sübut edir.
Hollandiyada Avropanın ən böyük mərkəzi olan TTF indeksi üzrə fevral fyuçersləri 345,9 dollar səviyyəsində ticarətə başlayıb, ən aşağı nöqtədə isə qiymət min kubmetr üçün 342,7 dollara düşüb (əvvəlki ticarət gününün hesablaşma qiymətindən mənfi 4,2 faiz).
Yanvarın 7-dı Avropanın yeraltı qaz anbarlarında (UGS) yanacaq ehtiyatları maksimum tutumu 85 faizindən aşağı düşərə 84,27 faizə enib.
“Gas Infrastructure Europe” (GIE) şirkətinin məlumatına görə, hazırda yeraltı qaz anbarlarında 92,87 milyard kubmetr qaz var və anbarın doldurulma dərəcəsi son beş ilin eyni tarixinin orta göstəricisindən 13,05 faiz bəndi çoxdur.
Hüseyn İbadlı