Çin Ay missiyaları zamanı kəşfiyyat vasitələri ilə Yer arasında əlaqəni təmin etmək üçün kosmosa ötürücü peyk göndərib.
Publika.az xəbər verir ki, “Çuechiao-2” (Sağan körpüsü-2) peyki “Long March-8” daşıyıcı raketi ilə Haynan adasındakı Vinçanq Kosmik Mərkəzindən orbitə buraxılıb.
Peykin qısa bir uçuşdan sonra raketdən ayrılaraq bir neçə gün ərzində Ayın orbitində planlaşdırılan yerə yerləşməsi gözlənilir.
Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanmış peyk CAST2000 peyk platformasının skeleti üzərində qurulub. Təxminən 1,2 ton ağırlığında olan peykdə diametri 4,2 və 0,6 metr olan iki parabolik antena var. Onlardan biri Ayda kəşfiyyat vasitələri ilə əlaqə, digəri isə Yerə məlumat ötürülməsi üçün istifadə olunur.
Aysel Şahmar