Qazaxıstan vətəndaşı olan qadın əməliyyat üçün Hindistana gedib və qızının gözü qarşısında özəl xəstəxananın işçisi tərəfindən təcavüzə məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə “ETV Bharat” nəşri məlumat yayıb.
Qeyd olunur ki, hadisə iyulun 14-də Haryana ştatının Qurqaon şəhərindəki klinikalardan birində baş verib. Hadisədən bir gün əvvəl qazaxıstanlı qadın oynağından əməliyyat olunub, sonra palataya köçürülüb. Orada qadını cinayətin şahidi olan qızı da müşayiət edib.
Qız anasının 24 yaşlı hindistanlı Thakur Singhi tərəfindən təcavüzə məruz qaldığını görüb. Qadın həmin vaxt sakitləşdirici dərmanların təsiri altında olub.
Bildirilir ki, qızın hadisə ilə bağlı polisə məlumat verməsindən sonra xəstəxananın işçisi həbs edilib və ona qarşı cinayət işi açılıb.