Sabahdan bu ərazilərdə su kəsiləcək: 2 gün...
Qərbli havadarlardan alınan təlimatlar: Paşinyan dediyi kimi addımlar atarsa... - ŞƏRH
Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS Sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var.
Nikol Paşinyanın fikirlərini QUTB.AZ-a şərh edən siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Ermənistanın səsləndirdiyi mesajlar yalnız sözdədir:
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ən çox təklif və töhfə verən də Azərbaycandır. Ermənistanın bu məsələlərdə çalışması yox dərəcəsindədir. Paşinyan əsasən və ümumən pozuculuq fəaliyyəti ilə məşğuldur. Əgər Nikol Paşinyan dediyi kimi davransaydı, biz indiyə qədər sülh sazişini imzalamış olardıq. Paşinyan bir söz deyir, komandası başqa fikirlər səsləndirir və tamamilə fərqli-fərqli davranışlar göstərirlər. Eyni zamanda hələ də Zəngəzur dəhlizi açılmayıb, şərti sərhəddə atəşkəs pozulur, Erməni tərəfinin təxribatlarını müşahidə edirik. Bütün bunlar hamısı deməyə əsas verir ki, Ermənistanın səsləndirdiyi mesajlar yalnız sözdədir. Biz də sülh sazişinin imzalanmasını, birgə dinc yaşamağı, nəqliyyat-kommunikasiya-ticarət əlaqələrinin qurulmasının əleyhinə deyilik. Lakin Paşinyanın Qərbli havadarlarından aldığı təlimatlarla pozuculuq fəaliyyətləri həyata keçirməsi bu məsələlərdə çətinliyi və gərginliyi artırır. Əgər Paşinyan danışdığı kimi addımlar da atarsa, bu əlaqələrin qurulması, dinc yanaşı birgə yaşayış da mümkün ola bilər".