28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Araq yenə bahalaşdı

25 sen 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın pərakəndə satışında arağın qiyməti ilin əvvəlindən orta hesabla 4,7% artıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə TASS “Rusprodsoyuz”un məlumatlarına istinadən məlumat yayıb.

Sentyabrın əvvəlində arağın bir litri 741,2 rubla (13.56 AZN) satılıb. Müqayisə üçün qeyd edək ki, yanvarda bir litrin qiyməti 707,9 rubl (12.93 AZN) idi.

Rusların son bir ildə arağa xərcləmələri 9,9% artaraq 332 rubl (6.07 AZN) təşkil edib. Dövr ərzində bu spirtli içkinin orta satış həcmi 3,5% artaraq 0,49 litrə çatıb.

Qeyd edək ki, ən çox 35 yaşdan yuxarı ruslar araq alırlar. Onlar bütün satışların təxminən 80%-ni təşkil edir.

Müasir Rusiyada ən məşhur spirtli içki pivədir. Son 50 ildə ölkədə onun istehlakı üç dəfədən çox artıb.

Adəm

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur