İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunus qəsəbəsinə endirdiyi zərbələr zamanı Türkiyənin TRT telekanalının əməkdaşları da xəsarət alıb.
QÜTB.AZ TRT-nin yaydığı məlumata istinadən xəbər verir ki, telekanalın operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb.
Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyi faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib.