19.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ukrayna nadir təbii ehtiyatlara malik yataqlar üzərində NƏZARƏTİ İTİRDİ

17 yan 2025 09:00
GÜNDƏM
ads
Advertisement

Ukraynada müharibə başlanmasından bəri Rusiya bu ölkədəki dörd litium yatağından ikisini ələ keçirib. Bu, Kiyevin mühüm iqtisadi resursdan məhrum olmasına səbəb ola bilər.

QÜTB.AZ xəbər verir ki, bu barədə "OilPrice" yazır.

Qeyd edilib ki, yanvarın 11-də rus qoşunları Donetskdə ən böyük litium yataqlarından birinin yerləşdiyi Şevçenko kəndini işğal ediblər.

Ekspertlər bildiriblər ki, Ukraynanın litium ehtiyatlarına nəzarət Avropaya və onun yaşıl enerjiyə keçid səylərinə böyük təsir göstərə bilər. Tez-tez "ağ qızıl" olaraq adlandırılan litium, smartfonlardan tutmuş elektrik nəqliyyat vasitələrinə qədər cihazlarda batareyalar üçün əsas komponentdir.

Geoloji tədqiqatlara görə, Ukraynada litium ehtiyatları Avropada ən böyüklərdən biridir və təxminən 500 min ton təşkil edir.

Milli təhlükəsizlik üzrə ekspert və Ekoloji Gələcəklər Qrupunun təsisçisi Rod Şunover hesab edir ki, bu yataqları ələ keçirmək Moskvanın əsas hərbi məqsədi ola bilməz, çünki Rusiyanın da əhəmiyyətli litium ehtiyatları var.

Ölkənin mərkəzi və cənub hissələrini əhatə edən nəhəng qaya plitəsi olan Ukrayna Qalxanı dəmir, litium və nadir torpaq metalları da daxil olmaqla bir çox mineral ehtiva edir.

Avropa İttifaqı xarici təchizatçılardan, xüsusən də Çindən asılılığı azaltmaq üçün litium kimi kritik resursların yerli tədarükünü təmin etməyə çalışır.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur