Amerika Birləşmiş Ştatlarından olan bir cütlük toylarını pozmağa çalışan sahibsiz pişiyə sığınacaq verib.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" yazır.
Kara adlı qadın deyib ki, mərasim zamanı əri toy vədlərini oxuyanda onun nitqini pişik kəsib və o, ucadan miyovlamağa başlayıb.
“O anda bütün qonaqlar gülməyə başladılar. Bu, axşamın ən diqqətçəkən məqamı idi”, - deyə amerikalı xatırlayır.
Qadın etiraf edibki, o və əri pişiksevərdir, buna görə də toyda heyvanın belə möhtəşəm görünüşü əsl məqam olub. Üstəlik, Kara əri ilə birlikdə pişiyə sahiblənmək qərarına gəlib və ona "Daisy" ləqəbini verib.
"O, ən mehriban pişikdir və günü bizim sviterlərdə qıvrılıb keçirməkdən başqa heç nəyi sevmir", - o deyib.
Hüseyn İbadlı