Fransa vətəndaşı Loran Vinatye Rusiya ordusu haqqında məlumat topladığı üçün məhkəmə tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, paytaxt Moskvanın Zamoskvoretskiy Məhkəməsində keçirilən iclasda İsveçrənin “Humanitar Dialoq Mərkəzi”nin əməkdaşı Vinatye “Rusiyada xarici agent qanununa əməl etməmək və rus ordusu haqqında məlumat toplamaq”da təqsirli bilinib.
Ona qarşı irəli sürülən ittihamı qəbul edən 48 yaşlı Vinatye məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rusiyanın “xarici agent” siyahısına daxil edilən Vinatye daha əvvəl iyunun əvvəlində Rusiyanın hərbi-texniki sahədə fəaliyyəti ilə bağlı məlumat toplamaqla məşğul olduğu üçün saxlanılıb.
Roza