Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 14-də Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Bundan əlavə, İ.Darçiaşvilinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.