Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında "Birgə Qılınc 2024B" təliminə başlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ÇXAO-nun Döyüş Komandanlığının Şərq zonasının rəsmi nümayəndəsi, baş polkovnik Li Si bildirib.
“ÇXAO-nunŞərq Döyüş Komandanlığı Zonası "Birgə Qılınc 2024B" təlimini keçirmək üçün quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunları təşkil edib”, - Li Si qeyd edib.
Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Jian xəbərdarlıq etmişdi ki, üçüncü dövlətlərin Tayvana silah verməsi müharibə demək olacaq.
Hüseyn İbadlı