29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İrəvan sülh müqaviləsindən imtina edir: Qapalı iclas çağırıldı

18 yan 2024 06:00
GÜNDƏM
ads

Ermənistan sülh müqaviləsini imzalamaqdan hər vəchlə yayınır.

Müstəqil siyasət yürüdə bilməyən, bəzi ölkələrin maraqları üçün oyuncağa çevrilən Ermənistan hakimiyyəti müxtəlif bəhanələr gətirərək, sülh müqaviləsinin imzalanmasını yubadır.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti yerli telekanallara verdiyi son müsahibədə sülh müqaviləsi ilə bağlı şərtləri açıq şəkildə bəyan etməklə Ermənistan hakimiyyətinin manipulyasiya imkanlarını da əlindən alıb.

İndi hakimiyyət daxilində gərginlik yaşanır. Ermənistan rəsmiləri ölkənin növbəti dəfə qlobal layihələrdən kənarda qalacağından narahatdırlar.

Ermənistan mətbuatı xəbər verir ki, parlamentin hakim fraksiyadan olan deputatları qapalı iclas planlaşdırıblar. Xarici işlər naziri Ararat Mirzoyan qapalı iclasa dəvət edilib ki, məsələ ilə bağlı hesabat versin.

Son zamanlar xarici siyasi proseslərdə və sülh müqaviləsi ətrafında baş verənlər deputatlarda narahatlıq yaradıb. Ona görə də deputatlar xarici işlər naziri ilə vəziyyəti müzakirə etmək və sülh müqaviləsinin imzalanmasının təhlükədə olub-olmadığını anlamaq qərarına gəliblər.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur