13.06.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Təqaüdləri artırılan fəxri ad sahibləri - Neçə nəfərdir?

12 iyn 2025 19:00
MƏDƏNİYYƏT
ads

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Fəxri adlara görə aylıq təqaüdün məbləği artıb.

2025-ci il iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 manatdan 200 manata çatdırılacaq.

Fərdi təqaüdünün məbləği isə 1500 manatdan 2025-ci il iyulun 1-dən 1700 manat müəyyən edilib. 

Qutb.az xatırladır ki, Azərbaycanda Fəxri adlara görə müavinət alanların ümumi sayı 4 min 761-dır.

Onlardan "Xalq" fəxri adına görə 248, "Əməkdar" fəxri adına görə isə 4 min 513 nəfər sosial müavinət alır. Fərdi təqaüdlər alanların sayı isə 329 nəfəri əhatə edir. 

Beləliklə, iyulun 1-dən etibarən fəxri adlara və fərdi təqaüd alanlara aylıq 1 milyon 536 min 300 manat pul ayrılacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur