Donald Trampın prezident seçkilərində mümkün qələbəsi Avropa İttifaqını Türkiyə ilə Avropaya inteqrasiya prosesini intensivləşdirmək istiqamətində münasibətlərə yenidən baxmağa sövq edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin məsələ ilə bağlı şərhində deyilir.
“Trampın NATO-nun gələcəyi ilə bağlı son mübahisəli bəyanatlarını nəzərə alsaq, onun ABŞ prezidenti seçilməsinin Türkiyə üçün kritik nəticələri ola bilər. Çətin ki, Rusiyaya qarşı öz təhlükəsizliyini təmin etməyə çalışacaq Aİ NATO-nun ABŞ-dan sonra ikinci ən böyük ordusuna malik Türkiyəni tamamilə gözdən sala bilsin. Bu situasiyada Aİ-nin qərarvericilərini Türkiyəyə yeni baxışa sövq etməsi təəccüblü olmayacaq. Belə olan halda, Türkiyə ilə Aİ arasında münasibətlərin yenidən formatlanmasına ehtiyac yaranacağı gözlənilir. Bu prosesə hazır olmaq lazımdır. Belə bir ssenari Türkiyənin Avropaya münasibətdə mövqeyinin güclənməsinə gətirib çıxaracaq”, - “Hürriyet”in köşə yazarı Sedat Ergin qeyd edib.
Onun fikrincə, Türkiyə “Tramp ssenarisini” həyata keçirərkən öz təhlükəsizliyi ilə bağlı bir neçə məsələni nəzərə almalı olacaq. “Türkiyə NATO Müqaviləsinin 5-ci maddəsinə əsasən güclü çəkindirmə çətirindən istifadə edir. Belə bir təminat yox olarsa və ya qeyri-müəyyən olarsa, Türkiyə bütün müdafiə doktrinasına yenidən baxmalı ola bilər”, - deyə jurnalist vurğulayır.
Tramp əvvəllər NATO-nun fəaliyyətindən narazılığını ifadə edib və noyabr seçkilərində qalib gələrsə, avropalı tərəfdaşların öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımayacağı təqdirdə ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaqla hədələyib.
Tural