09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Bu bürclərin həyatı bir xəbərlə tam dəyişəcək

18 iyn 2024 12:00
GÜNDƏM
ads

Dolça, Buğa və Tərəzi bürcləri üçün qarşıdakı günlərin uğurlu olacağı gözlənilir. Onlar verdiyi doğru qərarların və çəkilən əziyyətlərin bəhrəsini nəhayət ki, görməyə başlayacaqlar.

Publika.az metbuat.az-a istinadən xəbər verir ki, astroloqlar bu üç bürcü "uğur zolağı"nın gözlədiyi qənaətindədirlər.

Dolça bürcləri - bəzən qərarsızlıq və inamsızlıq sizi öz cənginə alsa da, doğru yolda irəliləyirsiniz. Qarşıdakı günlərdə əhvalınızın daim yüksək qalmasına səbəb olacaq hadisələr yaşana bilər. Yetər ki, inamlı və ağıllı addımlar atmaqda davam edin. Riskli qərarlar verməyə tələsməyin, doğru gedişləri edəcəyiniz halda, uğur özü qapınıza gələcək.

Buğa bürcləri - uzun zamandır yaxınlarınızla yaşadığınız anlaşılmazlıqlar aradan qalxacaq. Bu uğurlu günlərdə yeganə dostunuz zəkanız və qərar vermə qabiliyyətiniz olacaq. Eşq həyatında yeniliklər gözlənilir. Şəxsi münasibətlərdə uğurlu olmaq üçün eqonuzla mübarizədə qalib gəlmək vacib olacaq.

Tərəzi bürcləri - bir müddətdir qarşı-qarşıya qaldığınız ruh düşkünlüklərindən yaxa qurtarmağın zamanıdır. İş həyatında yaşadığınız uğursuzluqlar sizi depressiyaya salırdısa, artıq bu problem də aradan qalxacaq. Qarşıdakı müddətdə karyerazında dönüş nöqtəsi gözlənilir. Bilik və bacarıqlarınıza arxalanaraq, inamlı qərarlar verməyə hazır olmalısınız.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur