14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Ermənistan konstitusiyasını dəyişməsə, sülh çətin görünür - Komitə sədri

13 mar 2025 20:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb.

Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.

Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin və Minsk Qrupunun ləğvinin labüd olduğunu bildirib.

Sülh sazişi ilə bağlı yeni açıqlamaları Qutb.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi yaxşı haldır:

“Proseslər gedir və məsələlər müzakirə olunur. Burada konstitusiya məsələsi mütləq gündəmə gətirilməlidir. Çünki sülh müqaviləsindən danışırsınızsa, hətta yekun sənəd imzalansa da, artıq razılaşdırılıbsa, çox yaxşı, Azərbyacanın təklif etdiyi məsələlər qəbul olunur, ancaq Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddia ehtiva edir. Konstitusiya dəyişməmiş, sülh müqaviləsinin imzalanması çətin məsələ kimi görünür. Belə bir məlumatı eşitdik, oxuduq. Bu öz-özlüyündə irəliləyişdir. Ancaq hesab edirəm ki, bunun üzərində işləmək lazımdır. Dediyim kimi hələ qalan məsələlər də mövcuddur”.

O deyib ki, Ermənistanı razılığa vadar edən Azərbaycanın yaratdığı reallıq olub:

“Ən əsas səbəb Azərbaycanın yaratdığı reallıqdır. Yəni illər boyu biz konkret öz davranışımızla, münasibətlərimizlə sübut edirik ki, heç kəs tərəfindən dəyişdirilə bilməz. Digər  yandan bu reallıq regionda mövcud vəziyyəti müəyyən edən faktor var. Bu reallığı nəzərə almamaq mümkün deyil. Mövcud reallıqları nəzərə almadan hansısa layihəni, müqaviləni, gələcəyi düşünmək çox çətin məsələdir. Bu anlayış artıq Ermənistan üçün də getdikcə aydın olur".

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur