20.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Azərbaycanda iki şəhidin məzarı qarət edildi - GÖRÜNTÜ

20 noy 2025 06:00
GÜNDƏM
ads
Advertisement

Bakıda 2 Vətən Müharibəsi şəhidinin məzarı qarət edilib.

Qutb.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb.

Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.

Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:

“Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.

Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur