15.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

“Türküstan Aydınları və Mücahidləri” - Qıpçaqların azadlıq aşiqi: Genesərı xan

15 avq 2025 14:00
MƏDƏNİYYƏT
ads
Advertisement

X-XII əsrlərdən başlayaraq ucsuz-bucaqsız əski Qıpçaq çöllərinin, yovşanlı-yulğunlu təpəli-düzəngahlarının kökənli tərəkəmə-köçəri elatının soykökləri olan Hun-Quz-Sak qəbilə-tayfa birliklərinin (Altay etnoailəsinə mənsub) irqi-irsi qollarına bağlı qan-gendaşıyıcıları olan Qazax xalqı (Qıpşaq Türkləri) tarixi-mifoloji dəyərlərə əsasən Yüzlər (Böyük-cənub-şərq hissə, Orta- mərkəsi, şimal və şərq bölgələr, Kiçik-qərb əraziləri) inzibati-ərazi idarəetmə sistemi yaratmaqla Orta əsrlərin mükəmməl və dayanaqlı dövlət quruculuğu yaratmışlar.

XVII əsrin sonlarında, XIX əsrin əvvəllərində Qazax xalqının milli-dövlətçilik tarixinin ağır bir mərhələsi başlanmış, milli-azadlıq mübarizəsi genişlənmiş, çar Rusiyasının işğalçılıq siyasətinə qarşı müqavimət hərəkatı ümumimilli miqyası kəsb və bütöv Qazax xanlığının ərazisini əhatə etmişdir. Zəngin tarixi keçmişə malik olan Türküstan diyarına şimaldan “açılan qapı” kimi əlverişli coğrafi mövqe tutan Orta və Böyük Yüzliyin ərazisinin siyasi-hərbi strateji üstünlüyü qonşu dövlətlərin müstəmləkə və işğalçılıq siyasətinin yürüdülməsi ilə nəticələnmişdir. Sonuncu Qazax xanı Genəsərı Qasım oğlu (1802-1847)-görkəmli dövlət, siyasi və hərb xadimi, Orta Yüz xanı, Çingiz xan soyundan olan sərkərdə bu müqavimət cəbhəsinin öndəri olmuşdur.

Türk-Moğol sülaləsinin Cuci xan dəkkəsindən gələn Əbu Mənsur xan Ulu bəy oğlunun (1711-1781) kişik oğlu Qasım sultanın ailəsində doğulan Genəsəri Qazax dövlətçiliyinin coğrafi mövqeyindən yaranan ictimai-siyasi hadisələrə yanaşması, Qazax xalqının birliyinin güclənməsi mərhələlərinin  sonuclanması, Türk xalqlarının “Böyük köç yolu”nun təhlükəsizliyinin təmin olunması....kimi məsələlərin həllinə soyuqqanlı, güclü iradə sərtliyilə yanaşaraq siyasi-hərbi iradəsini ortaya qoymuşdur-düşmənləri qarşısında.

Haşiyə. Əbu Mənsur xan ocağında yetişən Genəsəri xanın milli-azadlıq və işğalçılığa qarşı mübarizəsinin ideya-siyasi dəyərləri onun gen-qan irsindən qaynaqlanır. Qazax xalqının çar Rusiyasının işğalçılığını qəbul etməyən, Orta yüzün hakimi olan Əbu Mənsur sonadək Ümunxalq milli-azadlıq mübarizəsi aparıb, müstəmləkə siyasətinə boyun əyməyib. 1730-1733-cü illərdə apardığı mübarizəyə siyasi-ədəbi təşbeh kimi aşağıdakı qiymət verilib - “Sən 20 yaşına çatanda qızıl yuvadan qanad çalan Ağ şahinə bənzəyirsən....”

Rusiya imperiyası daxilində baş verən 1773-1775-ci illər  kəndli müharibəsində üsyan rəhbəri Y.İ.Puqaçovla (1742-1775) görüşüb, İmperiyaya qarçı müqavimət hərəkatı olduğuna görə ona dəstək olmuşdur. Qeyd etmək lazımdır ki, II Yekaterina (1729-1796)  Əbu Mənsur xanı yalnız Orta Yüzün hakimi kimi tanıyıb Rusiya imperiyasının hakimi Yelizaveta Petrovna (1709-1761) Əbu Mənsur xana üzərində ərəbcə yazı, imza, tarix həkk edilmiş qılınc hədiyyə edilib, bu ali nəmər hazırda Astana şəhərində I Prezidentin muzeyində saxlanılır...

Bu böyük səltənət sahibi Türküstan şəhərində  Xoca Əhməd Yasəvi məqbərəsində dəfn edilib. Qazax ellərinin dini-sakral bölgələrindən olan Qaşqa-Tau nahiyəsinin Qasım Sultan obasında doğulan Genəsərinin uşaqlıq və gənclik illəri Rus imperiyasının Qazaxstana və Türküstan diyarına işğalçılıq siyasətinin gücləndiyi dövrə təsadüf etdiyindən milli-azadlıq mübarizəsinə qoşulmasının siyasi-hərbi əsasları yetərli olmuşdur.

1822-ci ildə çar I Aleksandr (1777-1825) Qazax dövlətçiliyinin ləğvi  məqsədi ilə xanlıqları lsıradan çıxardıqdan sonra İnzibati-ərazi vahidləri kimi Böyük, Orta və Kiçik Yüzlərin birləşmiş qüvvələr halında mübarizəsini, nizami-döyüşkən ordunu və təchizat işlərini təçkil etmək Milli ideya bütövlüyü qədər zəruri olmuşdur həmin dövrdə. Və bu kimi çətinliklər onu 1837-1847-ci illərdə müqavimət və mübarizə yolundan çəkindirə bilməmişdir.

Onun silahdaşları və sərkərdələri sırasında Qazax xalqının qəhrəmanı, “Boz qartal”, “Səma şahini” adını qazanmış İman Dövlətli (1780-1847) olmuşdur. Uzun qıpçaq soyundan olan bu qəhrəman çar Rusiyasına qarşı 1916-cı ildə başlayan Türküstan üsyanıı öndərlərindən biri olmuş Amangəldi Öndərbəy oğlunun (1873-1919) ata babası idi.

Qazax xalqının Orta Yüz bölgəsinin torpaqlarını (TürkAy keçidi, Qıpçaq düzünün quzeyi...) işğal edən Rusiya dövləti orada demoqrafik tərkibi dəyişmək üçün rusları yerləşdirməklə, iqtisadi-ticarət yollarını ələ keçirdikməklə və siyasi-hərbi mövqeyini gücləndirməklə Qərbi Sibir general-qubernatorluğu (1836-cı ildə general-qubernator P.D.Qorçakov təyin edildi) yaradıldı.

Türk dünyasına qarşı döyüşlərdə iştirak edən general P.D.Qorçakov (1789-1868) Qazaxstan və Türküstan diyarının işğalını əsas siyasi-hərbi məqsəd kimi qiymətləndirərək Genəsəri xan ordusuna qarşı mübarizədə bütün basitələrdən istifadə etdi və 1847-ci ildə Qırğızstan ərazisində Kəklik-Səngir vadisində xalq mücahidi amansızlıqla qətlə yetirilmişdir.

Vəhşiliklərini, qanlı olayı/intiqamı ört-basdır etmək üçün P.D.Qorçakov bunu “Genəsəri üsyanın yatırılmasının nəticəsi” kimi qələmə vermişdir...

 Dəfn yeri hələ bilmməsə də Astana şəhərinin mərkəzində Genəsri xanın at belində abidəsi qoyulub. Nəticəsi  Natay Genəsəri (1908-1975) geologiya-mineralogiya elmləri doktoru, Özbəkistan MEA-nın müxbir üzvü və Özbəkistanın əməkdar geoloqu olub...

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050-372-60-08)    

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur