Tək başına burun əməliyyatı etmək istəyən şəxs qanlar içində xəstəxanaya yerləşdirildi
02 avq 2022 08:45
DÜNYA
ads
Özünü rinoplastika etmək istəyən şəxs qanlar içində xəstəxanaya çatdırılıb.
Qutb.azAZXEBER.COMa istinadən xəbər verir ki, Braziliyanın San-Paulu şəhərində yaşayan burnunun görkəmindən razı qalmayan kişi təkbaşına rinoplastika əməliyyatı etmək cəhdindən sonra reanimasiya şöbəsinə aparılıb.Lakin əməliyyat zamanı işlər arzuladığı kimi getməyib. Həddindən artıq qan itkisindən əziyyət çəkən şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlər əvvəlcə nə baş verdiyini anlamaqda çətinlik çəksələr də, həqiqəti öyrənəndə şoka düşüblər.
Vəziyyəti pisləşərək reanimasiya şöbəsinə yerləşdirilən şəxsin müalicəsi davam edir.