05.04.25 | Bakı 11.03° C |
12:00:52
Lent :

Poqbanın cəzası azaldıldı - Bu tarixdə qayıdır

05 okt 2024 04:00
İDMAN
ads

İdman Arbitraj Məhkəməsi (CAS) “Yuventus”un 31 yaşlı yarımmüdafiəçisi Pol Poqbanın dopinq qəbul etdiyinə görə diskvalifikasiyasını 4 ildən bir il yarıma endirib.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin məlumatına görə, fransalı futbolçu 2025-ci ilin yanvarından etibarən “Yuventus”la məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən müsbət keçib. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Poqba bu qərardan apellyasiya şikayəti vermişdi.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur