Ağdamda 5, Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Zəlzələnin episentri 52 km dərinlikdə olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb:
"Zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunmuşdur".
Milli.Az