PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, azarkeşlərin indi futbolçulardan çox şey gözlədiyini bildirib:
“Biz həddindən artıq istehlak dövründə yaşayırıq, matçların çox olduğu, insanların oyunçulardan çox şey gözlədiyi bir vaxtdayıq. Göstərməyə çalışıram ki, təzyiq mənə mənfi təsir etmir. Hətta deyərdim ki, futbol oynamaq üçün mənə lazımdır. Bu, sizə ən yüksək səviyyədə çıxış etmək üçün tələb olunan bacarığınızı saxlamağa imkan verir”.
Mbappe futbolu MBA ilə müqayisə edib. O, mövsüm ərzində keçirilən matçların sayının okeanın o tayında keçirilən yarışdakı kimi artmasından danışıb:
“Biz mövsümdə 70 oyun keçirməyə, MBA modelinə doğru irəliləyirik. Şəxsən mən çox oynamağımın əleyhinə deyiləm, amma hər dəfə yaxşı oynayıb tamaşaçılara gözlənilən tamaşanı verə bilməyəcəyik.
MBA-da oyunçular hər oyunu oynamırlar. Məşqçilər yükün idarə edilməsi ilə məşğul olurlar. Amma mən “bu gün yorğunam, şənbə günü oynamayacağam” demək qərarına gəlsəm, bu, alınmayacaq. Biletin pulunu ödəyən və bəlkə də sizi mövsümdə yalnız bir dəfə görən tamaşaçı adına layiq tamaşanın şahidi olmaq istəyir və bu, yaxşıdır.
Ancaq bu, matçların sayı artdıqca futbolun məruz qaldığı fərqli bir idarəetmə üsuludur. Mən dərs vermək istəmirəm, lakin biz ən yaxşı nəticəyə nail olmaq və oyunçuların, tamaşaçıların və səlahiyyətlilərin birləşməsi üçün birlikdə düşünməliyik”.
Heybət